Bağdadda terror aktı törədilib, ölənlər və yaralananlar var





İraqın paytaxtı Bağdad şəhərində avtomobilin partladılması ilə törədilən terror aktı nəticəsində ən azı iki nəfər həlak olub, yeddi nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.