Bağırsaqları çöldə doğuldu

Hazırda 4 aylıqdır, olduqca xoşbəxt və sağlamdır
24 yaşlı ana, körpəsini bağırsaqları çöldə olan halda doğdu. 
"Daily Mail”in xəbərinə görə, 24 yaşlı ana Chloe Tobine hələ 12 həftəlik hamilə olarkən ona körpəsində qüsur olduğu deyilib. Körpəyə bağırsaqlarının bədəninin xaricində olduğu (gastroşizis) diaqnozu qoyulub. Gastroşizis, qarın divarında doğuş zamanı yaranan çatlardı. Qarın divarı tam inkişaf etməyən körpə doğulduğu an bağırsaqları bədəninin xaricində olur. Həkimlər körpə Maisieni doğular- doğulmaz streç lentinə bükərək infeksiyalardan qorunmasını təmin ediblər.
Sonradan  əməliyyatla kiçik qızın orqanları bədəninin içinə yerləşdirilib. Maisie hazırda 4 aylıqdır, həkimlərin müdaxiləsi sayəsində olduqca xoşbəxt və sağlamdır.