Bakı metrosunda tələbə öldü




Bakı metrosunda ölüm hadisəsi baş verib.

Report xəbər verir ki, metronun "20 Yanvar” stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu ürəktutmadan dünyasını dəyişib.

S.Teymurlu Bakı Aviasiya Akademiyasının tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.