Bakıda 2 yaşlı qızın öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
10:34 11.07.2016
Arxiv
403
Dünən Bakı şəhərinin Pirallahı qəsəbəsində azyaşlı qızın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölən Arzu Abışzadənin 2 yaşı keçən ayın 19-da tamam olubmuş. O, dünən özündən 2 yaş böyük qardaşı ilə mənzildə oynayırmış. Uşaqlar yataq otağında hündürlüyə çıxıb özlərini yatağın üstünə ataraq əylənirmiş. Bu zaman pəncərəyə çıxan 2 yaşlı Arzu müvazinətini itirib və pəncərədəki qoruyucu tora tərəf yıxılıb. Pəncərəyə bərkidilmiş tor uşağın ağırlığından yerindən çıxıb və azyaşlı yerə yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
2 yaşlı qızcığazın pəncərədən necə düşdüyünü təkcə 4 yaşlı qardaşı görüb.
Hadisə yerindən pəncərəyə quraşdırılmış qoruyucu tor götürülüb.
Azyaşlılar oynayarkən onların anası evdə olub və məişət işlərini görürmüş.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, pəncərələrə bayırdan bərkidilən və ağcaqanadların evə dolmasının qarşısını alan qoruyucu torlar bir çox hallarda asanlıqla yerindən çıxır. Bəzən bu torlar güclü küləyin təsiri nəticəsində də yerindən boşalaraq düşür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol