Bakıda 4 nəfər maşının altında qaldı - 3 ÖLÜ - YENİLƏNİB
10:04 14.09.2016
Arxiv
417
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi "AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub. Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.
Bundan başqa dünən saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahir Əliyev vurulub və o, hadisə yerində ölüb. Sabunçu RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fikrət Əliyev idarə etdiyi "VAZ-2107” markalı avtomobildə tutulub.
Hər iki faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
*****
10:14
Bu gecə Bakıda 3 piyada yol qəzasının qurbanı olub. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Məhəmmədi kəndində 1988-ci il təvəllüdlü Səfərov Anar Möhübbət oğlu idarə etdiyi "AzSamand" ilə 3 nəfəri vurub. Nəticədə 1991-ci il təvəllüdlü Salmanov Ərzuman Hidayət oğlu və 1988-ci ildə anadan olmuş Əliyev Elçin Zirəddin oğlu hadisə yerindəcə keçinib. Ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zahidov Elbrus Ağanəzər oğlu isə xstəxanaya yerləşdirilib.
Oxşar hadisə Sabunçu rayonu Birinci Zabrat qəsəbəsində də baş verib. Şəhər şosesində Əliyev Fikrət Yusif oğlunun sürdüyü "VAZ 2107"nin altında qalan 1964-cü il təvəllüdlü Əliyev Zahir Natiq oğlu vəfat edib.
Hər iki faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm