Bakıda bacı-qardaşı amansızlıqla öldürən şəxsə ÖMÜRLÜK HƏBS - GÖRÜNTÜLƏR





Bakıda bacı-qardaşı öldürən, analarına isə yaralayan Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında A.Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Azər Cəfərov ömürlük azadlıqdan məhrum edilib.