Bakıda daha bir yol təmirdən sonra istifadəyə verildi
07:01 21.07.2018
Arxiv
370
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, bu layihələrdən birində artıq işlər tam olaraq yekunlaşdırılıb. Bu 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yoludur.
Sabunçu rayonu, Maştağa-Nardaran avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qısa müddətə və yüksək keyfiyyətlə əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.
Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan Maştağa-Nardaran avtomobil yolunun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranmışdı. Bu isə sözügedən yol ilə hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik yolun ensiz olması və piyadalar üçün səkilərin olamaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Aparılan yenidənqurma işləri ilə bu problemlər artıq geridə qalıb.
Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.
Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilib. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılıb. Hazırda yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılıb. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt-beton örtük salınıb.
Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.
Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.
Tikinti-quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə