Bakıda dəhşətli İNTİHAR: keçmiş rəis müavini özünü öldürdü




Bakıda intihar olub.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.
O, yerindəcə ölüb.

APA-nın əldə etdiyi məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.
İntiharın səbəbləri araşdırılır.