Bakıda güclü partlayış: 2 nəfər xəsarət alıb

Səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəza ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra rəsmi məlumat yayılacaq. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
09:02
Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışa səbəb qaz sızması olub.
Ərazidə nəzarət apara polisin sözlərinə görə, qaz sızması nəticəsində 2 nəfər xəsarət alıb.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.