Bakıda oteldə ərəb turistin başına iş gəldi





Bakıda oteldə qalan ərəb turistin ayağı sınıb. 

Lent.az xəbər verir ki, "Panorama" mehmanxanasında qalan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1985-ci il təvəllüdlü Mustafa Həsən Xorşid Bor ayağından aldığı xəsarətlər Respublika Xəstəxanasına gətirilib.

 Məlum olub ki, oteldə otağında olarkən o yıxılıb və dizi sınıb.

Araşdırma aparılır.