Bakıda qəza: avtobus süpürgəçi qadını vurub öldürdü




Dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi "Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub.

Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Sosial şəbəkələrdə mərhum Hürü Əliyevanın süpürgəçi işlədiyi barədə xəbərlər yayılıb.