Bakıda uşaqlar arasında kəskin virus yayılıb
11:16 28.03.2017
Arxiv
622
"2017-ci ilin yanvarından bu günə kimi Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına kəskin bağırsaq infeksiyası diaqnozu ilə bağlı 1230 müraciət olub, onlardan 500 nəfəri müayinədən sonra evə buraxılıb". Bu fikirləri APA TV-yə açıqlamasında Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sulduz Əhmədova deyib.
"Bu gün xəstəxanamıza daxil olan uşaqlarda daha çox rast gəlinən xəstəlik kəskin bağırsaq infeksiyasıdır. Xüsusilə kiçik yaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir. Bu kiçik yaşlı uşaqların ən çox fizioloji xüsusiyyətləri, eləcə də immun sistemi ilə bağlıdır. Eyni zamanda şəxsi gigiyena qaydalarına düzgün əməl olumaması ilə də əlaqədardır. Qış fəslində bakterial bağırsaq infeksiyaları ilə yanaşı virus mənşəli infeksiyalar da geniş yayılırlar. Xüsusilə 4 yaşa qədər olan uşaqlar arasında rota-virus infeksiyaları daha geniş yayaılıb".
Mütəxəssisin sözlərinə görə, yaz fəslinin başlaması ilə virus mənşəli bağırsaq infeksiyaları ikinci plana keçir.
"Havaların istilənməsi ilə əlaqədar ön plana bakterial mənşəli bağırsaq infeksiyaları keçir. Bunların da törəmə səbəbləri çoxdur. Bizə müraciət edənlərin arasında mənşəyi məlum olmayan bağırsaq infeksiyalarına da rast gəlinir. Ümumi müayinələr nəticəsində aşkar olunur ki, hansı xəstəliklər hansı infeksiyadan törəyib. Ən çox rast gəlinən xəstəlik isə şərti patogen mənşəli bağırsaq infeksiyalarıdır ki, bunlar da stafilokok, salmenelloz , protea mənşəli viruslardır".
Sulduz Əhmədova qeyd edib ki, uşaqlarda təsadüf edilən infeksion xəstəliklər arasında kəskin bağırsaq infeksiyaları dördüncü yeri tutur. Bu azyaşlı uşaqlarda baş verən daha təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, kəskin bağırsaq infeksiyaları uşaqlarda yalnız mədə-bağırsaq sistemi üzvlərini deyil, həm də ürək, baş beyin və ağciyərlərin zədələyir.
"Ötən illə müqayisədə bu il kəskin bağırsaq infeksiyası ilə müraciət edən uşaqların sayı artıb. Ən çox kiçik yaşlı uşaqların qidalanma rejimi, onlara qulluq, anaların gigiyena rejimi və digər xəstəliklərlə kontaktın əhəmiyyəti də bu infeksiyalara yol açıb".
Kəskin bağırsaq infeksiyasına yoluxma adətən, 3 yolla baş verir deyən Sulduz Əhmədova bildirib ki, bunlardan birincisi qidalanma yolu, su yolu ilə yəni açıq su hövzələrində çimərkən su udulması, çirklənmiş sudan məişət xidmətləri üçün istifadə edilməsi, çirkli əllər vasitəsilə yayılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi