Bakının mərkəzində silah-sursat aşkar edilib




Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib, məlum olub ki, bunlar, döyüş tətbiqinə yararlı olan, 4 ədəd F1 markalı əl qumbarası və 32 ədəd müxtəlif növ patrondur. Sursatlar xüsusi ayrılmış ərazidə zərərsizləşdirilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 13:59-da başa çatıb.