"Baku Bus” 59 sürücünü işdən azad edib: 65 nəfərə xəbərdarlıq
09:53 27.07.2016
Arxiv
357
Ötən ilin sentyabr ayından bu günədək "Baku Bus”ın 59 sürücüsü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad edilib. "Baku Bus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin Lent.az-a verdiyi məlumata görə, 163 sürücüsü isə müxtəlif səbəblərdən intizam məsuliyyətinə cəlb olunub.
Bundan əlavə göstərilən dövr ərzində 65 nəfər sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub.
M. Piriyev daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanların da olduğunu qeyd edib: "Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqlarına dair olub. Məsələn, "qapını döydüm, sürücü açmadı", "pəncərəni açmaq istədim, sürücü icazə vermədi", "avtobusda temperatur çox aşağıdır, yaxud istidir", "kondisioneri sürücü qoşmadı və yaxud avtobus gec gəldi”.
"Baku Bus” avtobuslarının gecikmələri ilə bağlı şikayətlərə də aydınlıq gətirilib: "Gecikmə ilə bağlı şikayətlər əsasən, səhər saatlarında, xüsusən 8:30 – 9:00 radələrində daxil olur. Bu müraciətlərin də araşdırılması zamanı aydın olur ki, əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələr baş verir. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa, bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət