"Bankların faiz dərəcələri əhaliyə böyük çətinlik yaradır" - EKSPERTn





"Dünyada faizsiz kredit mənbələri var ki, onlar ölkəmizə gətirilməlidir".

Bunu "Sherg.az"a iqtisadçı-ekspert Ruslan Atakişiyev söyləyib. 

O diqqətə çatdırıb ki, həqiqətən də banklarımızın faiz dərəcələri əhaliyə böyük çətinlik yaradır:

Bu sahədə alternativ maliyyələşmə mənbələri ölkəmizdə daha çox tətbiq olunmamalıdır. Yəni bura da qiymətli kağızlar bazarı inkişaf etdirilməlidir. Yol xəritələrində də faizsiz kredit mənbələrinin gələcəkdə tətbiq olunması nəzərdə tutulub. 

Dünyada bu şəkildə fəaliyyət göstərən institutlar çoxdur. Onların ölkəmizə gətirilməsinə şərait yaradılsa, bu, vətandaşlarımız üçün çox yaxşı bir addım olar. Belə institutlara dəstək olunmalıdır ki, vətəndaşlarımız gedib çox faizli banklardan kreditlər götürməsin. 

Yəni bu sahədə alternativ yollar, alətlər daha çox artırılmalıdır. Düşünürəm ki, banklarımızda faiz dərəcələri ilə bağlı müəyyən güzəştlər tətbiq olunmalıdır".

Kənan Eynuroğlu