Baş həkim vəzifəli şəxsin ölümündən danışdı - AÇIQLAMA
11:38 08.09.2017
Arxiv
530
Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Respublika Qan Bankının Bərdə bölməsinin müdiri İbrahim Muradovun düşdüyü yol qəzası ilə bağlı açıqlama verib. Lent.az-a danışan baş həkim bildirib ki, tanınmış həkimə mərkəzi xəstəxanada bütün lazımi tibbi yardımlar edilib: "Bədənində çoxlu sınıqlar var idi, qanaxma da davam edirdi. Səhərə qədər çox çalışdıq, amma təəssüf ki, xilas edə bilmədik”.
Baş həkim bildirib ki, İ.Muradov Bərdədə və ətraf rayonlarda təcili qana ehtiyacı olanlara həmişə operativ xidmət göstərib: "O gecə-gündüz işləyirdi, Hara qan lazım olurdusa, özü təşkil edirdi, bütün işə şəxsın nəzarət edirdi. Belə bir mütəxəssisin yerini doldurmaq çətin olacaq”.
*****
9:50
Bərdədə ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Bərdə-Ağdam yolunda "Mercedes E240” markalı avtomobil Bərdə Qan Bankının bölmə müdiri, 1959-cu il təvəllüdlü İbrahim Muradovu vurub. Ağır xəsarət alan bölmə müdiri xəstəxanada vəfat edib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisəni törədən sürücü saxlanılıb.
Qeyd edək ki, İ.Muradovun rəhbərlik etdiyi qan bankı cəbhədə yaralanan hərbçilərin müalicəsində müstəsna rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual