Belarus investorları Azərbaycanda iri əczaçılıq zavodu tikəcək




Azərbaycanda Belarus investisiyaları ilə iri əczaçılıq müəssisəsi tikiləcək.

Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, bu müəssisə Azərbaycan bazarını ən müasir, yüksək texnologiyalı tibbi preparatlarla təmin edəcək. O əlavə edib ki, söhbət ilk növbədə onkoloji preparatların istehsalından gedir.

G.Axramoviç bildirib ki, müəssisədə istehsal olunacaq məhsulların üçüncü ölkələrə ixracı da təşkil oluna bilər.