Belə mal görmüşdünüz?

Bol süd verməsə də, ətinə söz ola bilməz
Bütün bədəni əzələlərlə örtülü olan bu mallar ingilis "Shorthorn” və fransız "Charolais” sortlarının cütləşdirilməsindən əmələ gəlib.
Bu heyvanların 1950-ci illərdə məşhurluğu artdı və hazırda yalnız Belçikada sayları bir milyon yarımdan çoxdur. Bu inək növünün süd səmərəliyi gözləniləni verməsə də, ət məhsuldarlığı yüksək səviyyədədir. "Belçika mavisi” əsasən bol ət verən növ olub, 12 aylıq erkəyinin ağırlığı 1.047 kq, dişisinin isə çəkisi 816 kq.dir. Ana qarınındakı əzələ inkişafı normal mallardan iki dəfə çox olduğu üçün doğuşları ümumiyyətlə keysəriyyə üsulu ilə reallaşdırılır.