Azərbaycan İsraildən “İsgəndər” raketlərini üstələyən müdafiə kompleksi alsa, bu, Rusiyanın nüfuzuna xələldir
Benyaminin səfəri Moskvanı əndişələndirdi
20:04 15.12.2016
Arxiv
420
Kreml öz emissarlarını tələsik Bakıya göndərir
Azərbaycan İsraildən “İsgəndər” raketlərini üstələyən müdafiə kompleksi alsa, bu, Rusiyanın nüfuzuna xələldir
Azərbaycan İsraildən “İsgəndər” raketlərini üstələyən müdafiə kompleksi alsa, bu, Rusiyanın nüfuzuna xələldir
Rusiya Baş nazirinin müavini Dmitri Roqozin dekabrın 16-da Azərbaycana səfər edəcək. Səfər
zamanı Roqozin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və parlamentlərarası
komissiyanın iclasında iştirak edəcək. "Kommersant” qəzetinin yazdığına görə, səfərin gündəliyinə silah ixracına dair danışıqlar da daxildir:
"Danışıqlarda məqsəd "İsgəndər” operativ-taktiki raket kompleksinin Ermənistanda
yerləşdirilməsinə aydınlıq gətirmək, rəsmi Moskvanın mövqeyini Azərbaycan tərəfinə izah
etməkdir”.
Rusiya rəsmisinin Azərbaycana səfəri barədə "Şərq”ə fikirlərini bölüşən politoloq Elxan
Şahinoğlu bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyi iki mövzu Kremli narahat edib:
"Birinci mövzu İsraillə Azərbaycan arasında artan hərbi əməkdaşlıqdır. Prezident Netanyahu ilə görüşdə ilk dəfə İsraillə hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. İki ölkə arasında 5 milyard dollarlıq hərbi əməkdaşlıq sazişi qüvvədədir. Məlumdur ki, Rusiya Ermənistanda "İsgəndər” raketlərini yerləşdirdikdən sonra rəsmi Bakı tərəfdaş ölkələr olan Pakistan və İsraillə hərbi əməkdaşlığı
genişləndirmək üçün danışıqları intensivləşdirib. Hər iki dövlət Azərbaycana yeni növ hərbi texnika
satmaqda maraqlıdır. Hadisələrin bu istiqamətdə inkişafı Moskvanı narahat etməyə bilməz.
Rusiya Azərbaycanın silah bazarını itirə bilər. "İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi
rəsmi Bakını Rusiyadan narazı salıb və mümkündür ki, Azərbaycan Rusiyadan ala biləcəyi hərbi
texnikanı başqa ölkələrdən alsın. Azərbaycan İsraildən "İsgəndər” raketlərini üstələyən müdafiə
kompleksi alsa, bu, Rusiyanın hərbi-sənaye kompleksinin nüfuzuna xələl gətirəcək. Çünki,
"İsgəndər” raketlərinin İsrailin üstün müdafiə kompleksindən geri qaldığı və Azərbaycana təhlükə
yaratmayacağı aşkarlanacaq. Halbuki, Rusiya "İsgəndər” raketlərini Ermənistana məhz ona görə
verdi ki, bölgədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını alsın”.
Ekspertə görə,Netanyahudan dərhal sonra Kreml öz emissarını Bakıya göndərir: "Roqozin Rusiya hökumətində hərbi-sənaye kompleksinə məsuldur. O, bu vəzifədə olduğu dövrdə ölkəsinə çox xeyir verib. Məhz onun səyləri sayəsində Rusiya müxtəlif ölkələrə on milyardlarla dolar dəyərində hərbi texnika satıb. Azərbaycanın Rusiyadan milyardlarla dollar dəyərində silah almasında da onun xidməti var. Roqozin az qala il boyu bir neçə dəfə Bakıya gəlir və iki ölkə arasındakı hərbi əməkdaşlığın inkişafını müzakirə edir. Ancaq Roqozinin Bakıya budəfəki səfəri fərqlidir. Kreml Netanyahunun Bakıda müzakirə etdiyi enerji məsələlərindən də narahat olub. Netanyahu Bakıda dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında tikilən boru xətləri üzərindən Avropaya daşımaq istəyir. Məlumdur ki, Qərb ölkələri Rusiyadan qaz asılılığını azaltmaq üçün Azərbaycan qazına üstünlük verirlər. Ancaq Azərbaycanın qaz rezervləri azdır, Rusiya qazına real alternativ deyil. Buna
baxmayaraq, əgər İsrail zəngin qaz yataqlarını TAP və TANAP istiqamətləndirərsə, Azərbaycanla
Türkiyənin birgə inşa etdikləri boru xətləri kifayət qədər qazla doldurulacaq. Kreml Xəzərin dibi iləboru xəttinin inşasına və Türkmənistan qazının bu boru xətti ilə Azərbaycan və Türkiyə üzərindən
Avropaya nəqlinə mane oldu. Ancaq İsrail qazının Azərbaycan və Türkiyə üzərindən Avropa
bazarına çatdırılmasına mane olmaq Rusiyanın imkanı xaricindədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü
09:35 08.10.2026
İqtisadiyyat