Berlində terrakt törədən Anis Əmriyə bağlı 3 nəfər saxlanılıb




Tunis polisi Almaniyadakı terraktla bağlı bu hadisəni törədən Anis Əmriyə bağlı 3 nəfəri saxlayıb.

Sherg.az " Lemonde.fr”ə istinadən xəbər verir ki, bu bardə Tunis Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəbərdə deyilir ki, həmin şəxslərdən biri A. Əmrinin bacısı oğludur: 

"Onun bacısı oğlu ilə yazışmaları aşkarlanıb. Daha sonra Tunis polisinin dindirməsi zamanı A.Əmrinin bacısı oğlu faktı etiraf edib. Hadisəni törədən zaman dayısı ilə əlaqədə olduğunu söyləyib. O, hətta İŞİD- in üzvü olduğunu və ona bu terror təşkilatından poçt vasitəsilə pul göndərildiyini də etiraf edib".

Ayyət