"Beşiktaş"ın baş məşqçisi: "Qarabağ"la qarşılaşmaqdan şərəf duyarıq"




Ötən gün Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində keçirilmiş oyunda "Beşiktaş" - "Kayserispor" üzərində 4:0 hesablı qələbə qazandı. "Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin oyunsonrası mətbuat konfransda iştirak edənlər arasında "Olimpsport.az"ın əməkdaşı da olub. Şenol Günəş türkiyəli jurnalistlərlə yanaşı, "Olimpsport.az"ın əməkdaşının da sualını cavablandırıb:

- Sizi Azərbaycan xalqı adından salamlayıram. Bizim öz torpaqları işğal altında olan bir komandamız var, rəngləridə "ağ-qara” - "Qarabağ". Buna baxmayaraq, "Qarabağ” son illər Avropa Liqasında qrup mərhələsində oynayır və hazırda çempionluğa əsas namizəddir. Ağdam klubu haqqında məlumatınız varmı? Əgər həm onlar, həm də "Beşiktaş" qızıl medallara sahib çıxarsa, iki qardaş ölkə çempionlarının uyğun bir vaxtda dostluq oyunu keçirməsi mümkündürmü?

- "Qarabağ”la dostluq oyunu keçirməkdən şərəf duyarıq. Həm Azərbaycanla da birgəliyimiz var. Eyni duyğuları paylaşırıq. Ölkə olaraq, millət olaraq birlikdəyik. "Qarabağ" haqqında məlumatım var. Çox yaxşı bir hücumçuları da var, səhv etmirəmsə Reynaldodur. Çox gözəl oyunçudur. Mən onu keçən il "Bursaspor”da işlədiyim zaman izləmişdim və hətta transferini fikirləşirdim də. Komandanı tanıyıram. Avropa kuboklarında çox yaxşı nəticələr qazanıb . Düşünürəm ki, bu komanda ilə Bakıda, ya da Türkiyədə qarşılaşmaq çox gözəl olardı”.