Bəxtiyar Hacıyev xaricdəki tələbələrə çağırış etdi

"Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatlar tərcümə edin, yayın!"




Ötən 3 gün ərzində ordumuz düşmənin çox saylı əsgər və zabit heyətini məhv edib, hərbi texnikasını ələ keçirib, müdafiə istehkamlarını darmadağın edib. Təcavüzkar ermənilərə layiqli cavab verən ordumuzun bu əməliyyatları xalq arasında yüksək əhval- ruhiyyə yaradıb. Mülki əhali, keçmiş döyüşçülər, fəal gənclər tərəfindən çoxsaylı dəstək çağırışları edilir. Belə bir dəstək addımlarından birini də Harvard Universitetinin məzunu, gənc fəal Bəxtiyar Hacıyev atıb. O sosial şəbəkələr vasitəsilə xarici ölkələrdə təhsil almış və hazırda təhsil alan, habelə xarici dil bilən gənclərə müraciət edib. Gənc fəal müraciətində həmin gəncləri Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatları xarici dilə tərcümə edərək yaymağa çağırıb: "Əziz dostlar, müharibə yalnız cəbhədə yox, həm də beynəlxalq mediada, xaricdə ictimai rəydə aparılmalıdır. Xaricdə təhsil alan məzun olan on minlərlə gəncimiz var. Bu gün Tvitter, Feysbuk və digər sosial şəbəkələrdə, beynəlxalq KİV-də Azərbaycanın haqlı mövqeyini çatdırmalıyıq. Bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatları ingilis, alman, fransız, ispan, ərəb, rus və digər dillərdə sosial şəbəkələrdə paylaşmalıyıq. Erməni tərəfinin saxta video, fotolarla müxtəlif ölkələrdə apardığı təbliğatı aşkar edib, dərhal cavab verməli və dayandırmalıyıq”.

Şəymən