Bilgəhdə 2 yaşlı uşaq həyətlərindəki su hovuzuna düşərək boğulub





Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.  Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, avqustun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub.
Araşdırma aparılır.