Binanın gözətçisi endirmişdi, lakin....

Qapı - qapı gəzib 10-cu mərtəbənin damından özünü atıb




Adanada 28 yaşlı Tuğba Teber, binanın damından özünü ataraq intihar edib. Teberin intihardan bir saat əvvəl gözətçi tərəfindən binadan endirildiyi, daha sonra 2 mənzilə girmək istədiyi, ancaq qapıların bağlı olması səbəbindən istəyinə nail ola bilmədiyi ortaya çıxdı.

Səhər saatlarında Seyhan qəsəbəsində 10 mərtəbəli binanın sakinləri gənc bir qadının binadan düşdüyünü görüb, polis və sağlamlıq qruplarına xəbər verib. Hadisə yerinə gələn qruplar, başı üstə betonun üstə düşən yaralı qadını, təcili yardımla xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını qurtarmaq mümkün olmayıb. Hadisədən sonra aparılan istintaq nəticəsində gənc qadının mənzilə daxil ola bilmədiyi,binanın damından özünü ataraq intihar etdiyi ortaya çıxdı. Mənzilin təhlükəsizlik kameralarını araşdırmağa başlayan polis, Teberin yan-yana olan binanın bloklarının qapılarını tək-tək yoxlayıb və C bloku açıq olmasını fürsət bilib içəriyə girdiyini təsbit etdi. (milliyet) Ayrıca Tuğba Teberin özünü atmamışdan bir saat əvvəl də yan tərəfdə olan inşaata çıxdığı məlum olub. Binanın gözətçisi "binaya nəzarət edirdim, yuxarıda bir qadın vardı. "Qızım nə axtarırsan burada” deyə soruşdum, mənə "hava almağa çıxmışam” dedi. Mən də aşağıya enməsini söylədim. Bir şey demədən endi. Sonra demək bu binaya girib " deyə məlumat verdi. Polis, Tuğba Teberin ölümü ilə əlaqədar araşdırma aparır.