
“Bir həkim olaraq heç vaxt dondurma yemirəm çünki...”
13:24 24.05.2019
Arxiv
1364
“Şəmsiyyə Namazlı: “...Onun fəsadları həmin an yox sonralar üzə çıxır”
Havaların isinməsi ilə əlaqədar mağazalarda dondurma satışında canlanma müşahidə edilir. Dondurma mövsümünün başlanması isə hər zaman bu qida məhsulundan zəhərlənmələrlə müşayiət olunur.
Əhali arasında belə bir iddia var ki, dondurma satan şirkətlər ötən ildən qalan məhsullarını yaz aylarında və yayın əvvəllərində satışa çıxarır, bu isə zəhərlənmələrə səbəb olur. Lakin vaxtı keçmiş məhsuldan əlavə, saxlanma şəraiti və temperaturu düzgün olmayan dondurmalar da sağlamlıq üçün ciddi təhlükədir.
Dondurmalardan istifadənin əleyhinə olduğunu deyən həkim Şəmsiyyə Namazlı "Sherg.az”a təəssüf hissi ilə qeyd edib ki, insanlar istifadə etdikləri məhsulun tərkibini nəzərdən keçirmirlər. Bu isə bir çox problemlərin yaranmasına səbəb olur:

"Dondurma hər kəsin, xüsusilə də uşaqların sevdiyi qidadır. Havalar isinən kimi hər kəs dondurma yeyir. Lakin məhsulun istifadə müddətinə fikir verilmir. Həmçinin dondurmanın harada istehsal olunmasına da məhəl qoymurlar. Dondurmanın tərkibi, göstəriciləri üzərinə yazılmalıdır. Xüsusilə yağların, süd və süd məhsullarının tərkibinin öyrənilməsi vacibdir. Həmçinin araşdırılmalıdır ki, dondurmanın tərkibindəki yağ bitki yağıdırmı?
Çünki artıq dövriyyədəki yağların hər birinin tərkibində dəyişikliklər var. Bu zaman da mədə-bağırsaq sistemində müəyyən pozğunluq yaranır. Eyni zamanda allergiya və səpkilərlə də nəticələnir. Belə yağlardan yeməkdə istifadə zamanı fərqli bir ətrin də olduğu hiss olunur. Ona görə də yeməklər kimi, dondurmalarda da istifadə olunan yağlara ciddi fikir vermək lazımdır. Dəfələrlə bununla bağlı məlumat verilir hətta mətbuatda dondurmaların seriyaları da qeyd olunub. Məsələn, hansı seriyadan olan dondurmalardan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, heç kəs məhsulu alarkən bütün bunlara nəzarət etmir”.
Həkim bildirib ki, dondurmada daha çox istifadə olunan məhsullardan biri də şəkərdir:
"Şəkərin tərkibində isə karbohidratlar çoxluq təşkil edir. Qara ciyərində, mədə-bağırsaq sistemində problemli olan-olmayanlar dondurmalardan istifadə edir. Xüsusilə uşaqları karbohidrat qəbuluna öyrətmək lazım deyil.
Təəssüf ki, hər il bu xəbərdarlıqları etməyimizə baxmayaraq eyni vəziyyəti müşahidə edirik. Hətta elə ailələr var ki, çoxlu sayda dondurma alıb gətirirlər və uşaq bu məhsulu gündəlik olaraq istifadə edir. Dondurmaların tərkibini bilib-bilmədən istifadə etmək ishal ilə nəticələnə bilər. Mədə bağırsaq sistemində problemi olanlara dondurma daha mənfi təsir göstərir. Ona görə də bu məshuldan istifadənin əleyhinəyəm. Bir həkim olaraq mən heç vaxt dondurma yemirəm. Çünki dondurmanın fəsadları həmin an yox sonralar üzə çıxır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial