Birinci hadisə deyil...
19:39 01.07.2014
Arxiv
442
Türk polisi azərbaycanlılara qarşı tez-tez kobudluq edir
Ankarada diplomatımız fiziki və mənəvi terrora məruz qalıb. Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatı, səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobillə ailə üzvləri ilə birlikdə gedərkən yol hərəkəti qaydalarını pozmasa da, Ankara polisləri onu dayandırıb. Polis sürücüdən sənədləri tələb edib. Sürücü Azərbaycanın Türkiyədəki səfirliyində diplomat olduğunu bildirib.
Diplomat olduğunu təsdiq edən sənədləri göstərib. Daha sonra sürücü özünün və avtomobilinin diplomatik immunitetə malik olduğunu bəyan edərək polisin onu saxlamağa ixtiyarının olmadığını deyib və yoluna davam etmək istəyib. Lakin polislər diplomata deyiblər ki, yol hərəkəti qaydalarının pozulması barədə protokol yazmadan avtomobili buraxa bilməzlər. Azərbaycanlı diplomat buna qəzəblənib, diplomatik qaydalara görə, özünün və avtomobilinin toxunulmazlığının olduğunu bir daha bildirib. Polislərə sərt reaksiya verib. Nəticədə polislə diplomat arasında mübahisə başlayıb. Polemika böyüyüb və diplomatla polislər arasında qısamüddətli əlbəyaxa savaş baş verib. Hadisə yerindən uzaqlaşan diplomat Azərbaycan səfirliyi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verib. Ankara polisləri tərəfindən döyüldüyünü bildirib.
Azərbaycan səfirliyi isə mətbuata açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinə bu barədə məlumat verildiyini qeyd edib. Səfirlik diplomatın kobud rəftara məruz qalması və döyülməsi barədə şikayətçi olduqlarını diqqətə çatdırıb: "Türkiyə XİN əməkdaşları dərhal məsələ ilə bağlı nazirliyin rəhbərliyini məlumatlandırıb. Həmin polislərə qardaş ölkənin Daxili İşlər Nazirliyi təhqiqat prosesi başladıb. Eyni zamanda Ankara şəhər Baş Prokurorluğunda da onlara qarşı cinayət işi açılıb. Proses hazırda davam etməkdədir. Azərbaycanın Türkiyədəki səfirliyi məsələni yaxından izləməkdədir”.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Şərq”ə açıqlamasında məsələdən xəbərdar olduqlarını vurğulayıb. XİN sözçüsü bildirib ki, qardaş ölkədəki səfirliyimiz bu işlə ciddi məşğul olur: "Oradakı səfirlik də Azərbaycan XİN-inin tərkib hissəsidir. Səfirliyimiz görülən iş barədə məlumat yayıb. Məsələ diqqətdə saxlanılır. Türkiyənin əlaqədar qurumları da məsələ barədə müvafiq işlərə başlayıb”.
Qaydaları pozmadığı halda diplomata məxsus maşının saxlanılmasının qanunsuz olduğunu deyən hüquqşünas İradə Cavadova "Şərq”ə söyləyib ki, bu hal təəssüf doğurur: "Türkiyə polislərinin azərbaycanlılara qarşı kobudluq nümayiş etdirməsi birinci hadisə deyil. 2 il öncə azərbaycanlı hüquq müdafiəçisinə qarşı da bu cür ədəbsiz davranmışdılar”.
Hüquqşünas onu da əlavə edib ki, diplomat sənədləri təqdim etdikdən sonra onu buraxmalı idilər: "Diplomatların toxunulmazlıq hüququ var. Ona görə də Ankara polislərinin addımının heç bir hüquqi əsası yoxdur”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm