Biz təklif etdik, ancaq ABŞ qərarını vermişdi - Zaxarova






Moskva ABŞ-dan Rusiyadakı diplomat sayını azaltmasını istəməyib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bu, bizim qərar deyil. ABŞ-a yönəldilmiş bir təklif də edildi. Şəxsi heyətinin azaldılmasına yönəlik qərarı ABŞ verib. Bu qətiyyən Rusiyanın tələbi deyildi. Biz təklif etdik. Onlar da istədikləri kimi qərar verdilər", - Zaxarova qeyd edib.

Qeyd edək ki, ABŞ-ın eks-prezidenti Barak Obama ötən il Rusiyanın bu ölkədəki prezident seçkilərinə müdaxilə edilməsi iddiası ilə 35 rusiyalı diplomatı deportasiya etmişdi.