BMT jurnalistin qətli ilə bağlı Səudiyyənin apardığı istintaqı qaneedici saymır
11:02 04.01.2019
Arxiv
601
"Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı başlalan cinayət işinin araşdırılması yetərli səviyyədə aparılmır".
"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, bunu BMT İnsan Hüquqları Ali Komissarlığının Camal Qaşıqçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının apardığı istintaqın gedişinə dair yaydığı açıqlamada bildirib.
BMT-nin qurumu araşdırmanın qaneedici olmadığını vurğulayaraq, cinayət işini beynəlxalq istintaq tərəfindən aparmağa çağırıb.
Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı 2018-ci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.
Məlumata görə, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı cinayət barədə proqramın yayınlanmasının dayandırılması üçün Krallığın vəliəhdi, şahzadə Məhəmməd bin Salman "Netflix”ə 2 milyard dollar rüşvət verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol