Borçalılar rəhmətə gedənini Bakıya gətirib, dəfn edirlər
13:31 04.03.2017
Arxiv
907
Zəlimxan Məmmədli həmin adamların adını, soyadını açıqlamayıb
Borçalılar ölülərini Bakıda dəfn edir. Deyilənə görə, Borçalıdan olan bəzi soydaşlarımız burada məzarlıq kirayələyib. Və doğmalarından, yaxın qohumlarından kimsə vəfat etdikdə, cənazəni Bakıya gətirdib buradakı qəbiristanlıqda dəfn edirlər. Belə xəbərlər var ki, bəzi borçalılar şəhər kənarında, Maştağa yolunun üstündə yerləşən məzarlıqda böyük torpaq sahəsi kirayələyiblər. Beləcə, Borçalı türklərinə dədə-baba torpağı ilə qovuşmağı çox görüb, Bakıda dəfn etməyi üstün tuturlar.
Əslən Borçalıdan olan ziyalı, ictimai xadim Zəlimxan Məmmədli feysbuk səhifəsində bir cümlə ilə bu problemə toxunub: "Rəhmətə getmiş ananı Borçalıdan Bakıya gətirib burda dəfn etmək nə deməkdir?!”. Z.Məmmədli ad çəkməyib, anası üçün Bakı torpağını bəyənənin adını, soyadını açıqlamayıb. Bir də ki, əzəli yurd yerini son mənzil kimi bəyənməyən birisinin "soy - adını” bilmək nəyimizə gərəkdi!..
Məsələ ilə bağlı Zəlimxan Məmmədlinin fikirlərini öyrəndik. Məsələnin son illər "dəb” aldığını deyən Z.Məmmədli borçalıların bir çoxunun eyni hərəkət etdiyini dedi:
- Bu, birinci hal deyil. Son illər borçalılar arasında rəhmətə gedəni gətirib Bakıda dəfn etmək dəb halı alıb. Konkret deyə bilərəm ki, Borçalının Kəpənəkçi kəndinin adına Bakıda məzarlıq yeri götürülüb və orda vəfat edənləri gətirib burda basdırırlar. Qəbirlər tarixi abidədir. Qəbirlər yurd yerinin kimə məxsusluğunu göstərir. O torpaqda tarixən hansı millətin, hansı etnik qrupun yaşadığını təsdiq edir. Biz Qərbi Azərbaycanı da belə itirmişik. Sovet vaxtı ermənilər azərbaycanlılara deyirmiş ki, ölünüzü aparıb Azərbaycanda basdırın. Bu da bir siyasət idi və İrəvanın əzəli türk torpağı olmasını tarixin yaddaşından silməyə xidmət edirdi. İndi heç kim borçalıları buna məcbur etmir ki, ölünüzü aparıb Azərbaycanda dəfn edin. Kimlərsə, bəlkə də bunun mahiyyətinə varmadan, dərin düşünmədən bu hərəkətə yol verirlər. Heç cür anlam verə bilmirəm ki, ölünü niyə belə urvatsız edirlər?! Məsələn, mən də daxil olmaqla, Borçalıdan olan bir neçə dostumuzun ortaq vəsiyyətimiz var ki, vəfat edəndə bizi Borçalıda, doğulduğumuz dədə torpağında dəfn etsinlər. Biz hələ bilmirik, vəfat edəndə, icazə verəcəklərmi cənazəmizi Borçalıya aparmağa. Amma lazım olan vəsiyyəti etmişik. Ən doğrusu da budur. Gələcəkdə nə olacaq, bu, gələcəyin işidir. Bu günsə, bu gündür. İndidən oturub fikirləşək ki, bəlkə bizi
Borçalıya buraxmadılar? Nə bilirik, bəlkə problem olmayacaq, biz də dədə-baba yurdunda torpağa tapşırılacağıq. Heç bir çətinlik, problem olmadığı halda rəhmətə gedəni günün-günorta çağı niyə gətirib Bakıda dəfn etməlidirlər?! Borçalı Azərbaycan üçün həmişə böyük əhəmiyyət kəsb edən bölgə olub. Kimlərsə ata-anasını gətirib Bakıda dəfn edirsə, bu, Borçalının da qarış-qarış itirilməsinə gətirib çıxaracaq. Bəzisi səbəb gətirir ki, orda dəfn edirik, ürəyimiz istəyəndə gedib ziyarət edə bilmirik, bəzən dəfn mərasiminə də qatıla bilmirik. Gedə bilmirsən, nə olar, el ki, ordadı. El öz adamını səndən də, məndən də urvatlı dəfn edəcək. Guya burda dəfn edəndə, yaman tez-tez ziyarət edirlər, məzarları. Dədə-baba yurdunda nə qədər çox adam varsa, yurd da bir o qədər şənlənir. Toy da, yas da yurdun şənlənməsinə xidmət edən vasitələrdir.
Z.Məmmədli hətta bəzilərinin Borçalıda doğulmuş övladına Bakıda sünnət toyu etdiyini də təəssüflə bildirdi:
- Belə məclislər olub, iştirak etmişəm. İrad bildirmişəm ki, a bala, bu uşaq Borçalıda dünyaya gəlib, burda niyə sünnət toyu edirsən? Pul yığmaq üçün? Get, birincisi, ata yurdunda, ata evində bu toyu təşkil elə, sonra istəsən, gəl Bakıda da bir toy çaldır. Bir tanıdığım vardı, oğlunun kiçik toyunda söz deməyimi istədi, elə sözlər dedim ki, bəlkə də peşman oldu. Dedim, get dədə evini təmir elə, tik, oğluna da orda toy elə. Amma dediyim kimi elədi. Sonra mənə təşəkkür də etdi ki, nə yaxşı məni Borçalıya göndərdin. Dediyim odur ki, biz ata ocağından bərk yapışmalıyıq. Elə yapışmalıyıq ki, kimsə bizi ordan qopara bilməsin.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya