Böyük Britaniyanın yeni XİN rəhbəri məlum olub





Londonun sabiq meri, Mühafizəkarlar Partiyasının üzvü Boris Conson Böyük Britaniya xarici işlər naziri təyin edilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, B.Conson Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas tərəfdarlarından biri olub.
Böyük Britaniyanın sabiq XİN rəhbəri Filip Hammond maliyyə naziri vəzifəsinə təyin edilib.
Qeyd olunur ki, müdafiə naziri Maykl Fellon öz vəzifəsində qalıb.
Mühafizəkarlar Partiyasının lideri Tereza Mey bu gün rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edib. Böyük Britaniya kraliçası II Yelizaveta ona rəsmi olaraq yeni hökuməti formalaşdırmağı tapşırıb.