“Böyük sülh sazişi” bizə lazım deyil
19:06 01.10.2015
Arxiv
627
İşğalçı Ermənistanla təcavüzə məruz qalmış Azərbaycan arasında bərabərlik işarəsi qoyulur
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdə tələb etdik ki, atəşkəs rejiminə əməl edilsin”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Problem ətrafında aparılan müzakirələrdən danışan amerikalı həmsədr bildirib ki, söhbət əsnasında iki ölkə prezidentinin ilin sonuna planlaşdırılan görüşünə də toxunulub:
"Biz mümkün tarix və yerlər təklif edirik. Lakin şübhəsiz ki, görüşün baş tutması prezidentlərdən asılıdır. Prezidentlər bəyan ediblər ki, intensiv dialoqa çalışırlar. Biz də buna səy göstəririk. Bu dialoq artıq razılaşdırılmış müəyyən prinsip və elementlərə əsaslanır. Bu, son illərdə aparılan müzakirələrin spektridir və biz bunun əsasında Böyük sülh sazişini hazırlamaq istəyirik”. Bəs, tez-tez gündəmə gətirilən "Böyük sülh sazişi”nin mahiyyəti nədir, bu saziş Azərbaycanın maraqlarına cavab verirmi? Sualları cavablandıran Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, "böyük sülh sazişi” zaman-zaman tərəflərdən hər ikisinin müəyyən mənada qəbul etdiyi prinsiplər əsasında formalaşan "Madrid” müddəaları fonunda ortaya çıxıb. Ancaq təəssüf ki, bu prinsiplər münaqişənin mərhələli həllini nəzərdə tutmur: "Azərbaycan tərəfi maraqlarımıza zidd olan "böyük sülh sazişi”ndən birdəfəlik imtina etməlidir. Bütün razılaşmalar yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şərti ilə reallaşa bilər. Əgər problem ermənilərin istədiyi kimi həll ediləcəksə, onda münaqişə indiki kimi qalsa, yaxşıdır”.
Politoloqun sözlərinə görə, "Böyük sülh sazişi” ermənilərin diktəsi ilə prosesin birdəfəlik həllini özündə ehtiva edir. Bu da münaqişənin çözümü üçün qeyri-mümkün variant sayılır: "Ən azından Dağlıq Qarabağ ətrafı 7 rayonun qaytarılması özü böyük bir prosesdir. Bu proses tamamlanmadan, eyni zamanda həmin ərazidən zorla köçürülmüş azərbaycanlılar ora qayıtmadan Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Ermənilər Dağlıq Qarabağa müstəqillik istəyirlər”.
N.Miri bildirib ki, "Böyük sülh sazişi”ndə işğalçı Ermənistanla təcavüzə məruz qalmış Azərbaycan arasında bərabərlik işarəsi qoyulur: "Etnik ermənilərə öz müqəddəratını təyin etmək hüququ verilir və bu, Dağlıq Qarabağda referendum keçirmək yolu ilə müəyyən edilir. Təbii ki, ermənilər birmənalı olaraq Qarabağın müstəqilliyinə səs verəcək. Belə bir haqqın ermənilərə tanınması doğru deyil. Ermənilər aborigen xalq deyil. Yerli olmayan millətə beynəlxalq hüquqda öz müqəddəratını təyin etmək hüququ verilmir. Onlar yalnız öz hüquqlarının müəyyən mənada tanınması yönündə səslərini çıxara bilərlər. Ancaq tarixi ərazinin siyasi müqəddəratını müəyyən edə bilməzlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial