BQXK-dən Şahbaz Quliyevin ailəsinə zəng: "Gəlin,yeni xəbər var”




"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) zəng edib ki, yaxın günlərdə gəlin, Şahbazla Dilqəmdən xəbər var”.

Bunu Sherg.az-a işğal olunmuş ərazilərimizdə girovluqda saxlanan Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı danışarkən Ş. Quliyevin bacısı İradə Quliyeva deyib. 

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi bir neçə günə girovların ailə üzvlərinə məlumat verəcək:

"Bizə dedilər özümüz bildirəcəyik, gələrsiniz. Yəqin ki, qardaşımdan məktub gətiriblər. Hələlik dəqiq heç bir məlumat verilməyib. Sağlamlıqları, nə durumda olduqları barədə heç nə bilmirik. Məlumat verilməsini gözləyirik”.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər. Girovların durumu barədə məlumatların yaxın günlərdə ailəsinə çatdırılması gözlənilir.

Aysel Aslan