Braziliyanın sabiq prezidenti 9 il yarım azadlıqdan məhrum edilib




Braziliyanın sabiq prezidenti Luis İnasio Lula da Silvaya dövlət neft-qaz şirkəti olan "Petrobras"da korrupsiyaya yol verərək külli miqdarda qanunsuz pul mənimsədiyinə görə, 9 il yarım azadlıqdan məhrum edilib. 

Sherg.az "Fr.euronews.com"a istinadən xəbər verir ki, O, 1,06 milyon avro mənimsəyib. Məlumatda o da qeyd olunur ki, sabiq lider bu ölkədə 2018-ci ildə baş tutacaq prezident seçkilərinə qatılmaq istəyirmiş, amma bu həbs onun istəyini ürəyində qoyub.

Ayyət Əhməd