Anar Cəbrayıllı: “İlk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır”
Britaniyalı ekspertlər xəbərdarlıq etdi
20:44 13.07.2016
Arxiv
554
Azərbaycan əhalisinə verilən su təhlükəlidir
Anar Cəbrayıllı: “İlk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır”
Anar Cəbrayıllı: “İlk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır”
Eyyub Hüseynov: "Azərbaycanda su ilə bağlı ajiotaj yaradıb böyük miqdarda pul qazanan şəbəkə var”
"Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir”. Bu barədə Böyük Britaniyanın nüfuzlu "The Daily Mail” nəşri ekspertlərə istinadən yazıb. Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib. Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı, Azərbaycanı "üçüncü ölkələr” sırasına aid ediblər:
"Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik”. Mütəxəssislər iddia edib ki, Rusiyada krandan su içmək bir sıra xəstəliklərə, o cümlədən "Hepatit A”-ya yol aça bilər. Analoji vəziyyət Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdədir. "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır. Qurum rəsmisinin sözlərinə görə, bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir: "Bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi Abu Dabu şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib”.
Nazirlik sözçüsü bildirib ki, son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icrası həyata keçirilib ki, artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb: "Bununla da həmin şəhərlərdə əhalinin keyfiyyətli içməli su ilə təminatına nail olunub. İçməli suyun mənbələrdən istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə onun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən içməli suyun keyfiyyət göstəricilərinə dövlət nəzarəti həyata keçirilir. Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər”.
İddia ilə bağlı "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu cür informasiyaların məqsədyönlü şəkildə yayılan dezinformasiya olduğunu deyib: "Azərbaycanda su ilə bağlı ajiotaj yaradıb böyük miqdarda pul qazanan şəbəkə var. Bir hadisəni xatırladım, 10 il bundan qabaq Azərbaycanda böyük biznes Forum keçirildi. O zaman xarici vətəndaşlara, turistlərə "yerli su təhlükəlidir” yalanı ilə xüsusi sular satdılar. Bir gecədə "öz sularını” çox baha qiymətə, 3000 dollara əcnəbilərə sırıdılar. Mən Beynəlxalq Su Konqresində olmuşam. Təmiz suyun necə başa gəldiyini bilirəm. On gün əvvəl bir qrup nümayəndə ilə birlikdə bütün qapalı müəssisələrdə monitorinq keçirdik. Birmənalı şəkildə gözümlə gördüm ki, Azərbaycanda içməli suyun təmizliyinə çox ciddi şəkildə diqqət yetirilir. Ölkəmizdə su ən müasir üsullarla, kifayət qədər yüksək səviyyədə təmizlənir. Ceyranbatan su anbarının suyu da normal içməli sudur. Sadəcə problem ondadır ki, bizdə su infrastrukturu köhnəlib. Bu infrastrukturu dəyişmək lazımdır. Eyni zamanda əhali su resurslarından düzgün istifadə etmir, suyu çirkləndirir, boruları zədələyir. Problem budur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm