Bu ayaqqabını yarım saat geyindi

2 yaşlı qız uşağının ayağı qana bələndi
İngiltərədə 2 yaşlı bir qız uşağının yarım saat geyindiyi sandallar onun ayağını qanlar içində qoyub. Ayağında inanılmaz yaraların açıldığı Esme Connor adlı körpənin ayaqlarının dəhşətli görüntüsünü anası sosial mediadan bölüşüb.
Liza Conner adlı gənc ananın qızına ad günü hədiyyəsi kimi aldığı çəhrayı rəngli sandallar 2 yaşlı Esmenin sol ayağını tanınmaz hala salıb.
26 yaşlı Liza sosial media vasitəsilə ailələri xəbər edib və geyindikdən yalnız yarım saat sonra balaca qızın ayağını pis günə qoyan sandalları paylaşıb. Qızının sandalları geyinib bağda oynadığını həmin vaxt özünün də ev işləri ilə məşğul olduğunu bildirən Liza Connor kiçik qızının ağlamaq səsinə bağçaya çıxıb və qızının ayaqlarına baxanda şoka düşüb. Ayaqdakı qanaxmanı və qızının ağlamasını heç cür dayandıra bilməyən ana yarım saat içində bir ayaqqabının bu dərəcə dərin bir yara açmasının dəhşətli bir şey olduğunu qeyd edib. 12 manata aldığı sandallara qarşı hər kəsi xəbərdar edən gənc ana eyni hadisənin başqa ailələrin başına gəlməməsi üçün sosial mediada sözügedən firmaya qarşı kampaniyaya başlayıb.