Yaponiyanın paytaxtı Tokiodakı yeni balıq bazarında 2019-un ilk hərracında rekord qırıldı. Sherg.az xarici media istinadən xəbər verir ki, təxminən 278 kiloqram ağırlığında ton balıq növünə aid olan mavi üzgəcli orkinos 3,1 milyon dollara alıcı tapıb.




Balığı satın alan suşi restoranın sahibi Kiyoşi Kimura, "Yaxşı bir balıq aldım. Qiyməti bir az yüksəkdir, amma müştərilərimizə bu mükəmməl balığı yedizdirmək istəyirəm" deyib. Bir əvvəlki rekordun da sahibi olan Kimura, 2013-cü ildəki hərracda bir balığa 1,4 milyon dollar ödəmişdi. Rekord qiymətə satın alınan mavi üzgəcli orkinos, Təbii Həyatı Qoruma Vəqfinin (WWF) təhlükə altında olan balıq növləri siyahısında yer alır. Normal bir gündə bənzər ölçülərdə bir ton balığının 60 min dollar ətrafında alıcı tapdığını ifadə edən BBC-in Tokio müxbiri Rupert Wingfield-Hayes, qiymətdə rekord qırılmasının təməl olaraq iki səbəbi olduğunu söyləyir. Wingfield-Hayes, bunlardan ilkini Kimuranın və sahibi olduğu suşi restoranlar şəbəkəsini reklam etmək məqsədiylə bu tərz taktikalardan istifadə etdiyinə diqqət çəkib. İkincisi isə mavi üzgəcli orkinos balığının artıq çətin tapılan bir növə çevrilib. Wingfield-Hayes, "2018-ci ildə Yaponiya sularından tutulan bu cür balıqların sayında çox ciddi azalma oldu və keçən ilin ortalarından bu yana Tokioda bu balığın qiyməti yüzdə 40 faizdən çox artdı" deyib.
Turan