
Bu gün 20-dək azərbaycanlı almanlara dəstək olacaq
10:57 26.03.2017
Arxiv
581
Mikayıl Nərimanoğlu: "Bir azərbaycanlının öz doğma ölkəsinin komandası dura-dura başqasına dəstək olması heyrət doğurur"

DÇ-2018-in bu gün keçiriləcək Azərbaycan - Almaniya oyununda qonaq komandaya 900 azarkeş stadionda dəstək verəcək.
Bu haqda Qol.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, matçı canlı izləmək üçün Almaniyadan Bakıya göstərilən sayda azarkeş gəlib.
AFFA rəsmisi alman azarkeşlər üçün ayrıca sektor ayrıldığını bildirib.
Yayılan məlumata görə, Almaniya millisinə Bakıda bu komandanın azarkeşi olan 20-dək azərbaycanlı da dəstək olacaq. AFFA rəsmisi Mikayıl Nərimanoğlu bu məsələyə də münasibət bildirib:
"Düzdü, rəsmi olaraq, bizə müraciət edən olmayıb. Amma bu haqda biz də eşitmişik. Bir azərbaycanlının öz doğma ölkəsinin komandası dura-dura başqasına dəstək olması heyrət doğurur. Bunda bir məntiq yoxdur. Milli komanda bizim üçün hər şeydir. Öz komandamızın oyununda rəqibə necə azarkeşlik etmək olar?”.
Xatırladaq ki, Azərbaycan – Almaniya matçı bu gün Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi