Bu gün Ermənistanda İrəvan meri seçkiləri keçirilir - Paşinyanın həyat yoldaşı geridə qalıb
09:37 23.09.2018
Arxiv
878
"Bu gün Ermənistanda İrəvan meri seçkiləri keçirilir. Bu seçkilərdə əsas rəqabətin "Tsarukyan” fraksiyasının deputatı və "Çiçəklənən Ermənistan” partiyasının İrəvan meri vəzifəsinə namizəd olan Naira Zöhrabyan ilə "Mənim addımım" blokunun namizədi olan Hayk Marutyunyan arasında keçəcəyi ehtimal olunur".
Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. Analitik Naira Zöhrabyanın bu seçkilərdə qalib gəlmə ehtimalı yüksək dəyərləndirir:
"O, hazırda Ermənistanda çox populyar qadın deputat olaraq tanınır. Ölkədəki reytinqinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı da geridə qoyub.
Bundan əlavə, N.Zöhrabyan post-patrul alayının binasını tutan və keçmiş hakimiyyətə qarşı mübarizə aparan "Sasna Tsrer” silahlı qruplaşmasının üzvlərinin azadlığa buraxılması uğrunda aktiv mübarizə aparıb.
O, həmçinin sadə insanların tullantıların toplanmasından sosial problemlərinədək mövcud çətinliklərinin həlli istiqamətində də aktivlik göstərib.
Son olaraq, onun Hayk Marutyunyanın bu seçkiləri "ağ" və "qara"ların mübarizəsi olacaq fikrini ilk tənqid edənlərdən biri olması erməni cəmiyyətində nüfuzunun daha da artmasına gətirib çıxardığını söyləyə bilərik.
Digər tərəfdən, rəqibinə nisbətən N.Zöhrabyan siyasət baxımından daha təcrübəlidir. Hazırda deputat kimi fəaliyyət göstərməsi də onun üstünlüyü deməkdir.
Ondan fərqli olaraq rəqibi Hayk Marutyunyanın siyasi təcrübəsi demək olar ki, yox dərəcəsindədir. Lakin onun seçkilərdəki üstünlüyü "məxməri inqilabı"nı qələbə ilə başa vuran və hazırda Ermənistan baş naziri olan Nikol Paşinyanın ona dəstək verərək seçki kampaniyalarında çıxış etməsidir.
Bu da öz növbəsində N.Paşinyanı dəstəkləyənlərin H.Marutyunyana səs verəcəyi deməkdir. H.Marutyunyanın başqa bir üstünlüyü isə Ermənistanda tanınmış aktyordur ki, bu da onun müəyyən bir tamaşaçı kütləsinə sahib olmasından xəbər verir.
Yuxarıda bəhs etdiyimiz səbəbləri nəzərə alsaq, görərik ki, N.Zöhrabyanın bu seçkilərdə qalib gəlməsi ehtimalı rəqibinə nisbətən yüksək olduğu görünür.
Ermənistan Respublikaçılar partiyasının bu seçkilərdə namizəd irəli sürməmələri də qeyd olunması lazım olan vacib bir məqamdır. Lakin namizəd irəli sürməsələr də bu seçkilərdə Respublikaçılar partiyasının dəstəyinin "Çiçəklənən Ermənistan” partiyasının İrəvan meri vəzifəsinə namizəd olan N. Zöhrabyandan yana olacağını ehtimal etmək olar. Əvvəla onu qeyd edim ki, bu yaxınlarda erməni iş adamı Qaqik Tsarukyan ilə eks-prezident Serj Sarkisyan arasında baş tutan görüşdə Respublikaçılar partiyasının N.Zöhrabyanı dəstəkləmələri barədə gizli bir razılığa gəlmələri ehtimalının yüksək olmasından xəbər verir.
Bir sözlə, bu seçkilərdə Çiçəklənən Ermənistan” partiyasının İrəvan meri vəzifəsinə namizəd olan N.Zöhrabyanın qalib gələcəyini ehtimal edirəm. Əks halda isə H.Marutyunyan çox cüzi fərqlə qalib gələcəyini söyləyə bilərik".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm