Bu gün oldu: Ana 3 uşağının boğazını kəsərək öldürdü

Türkiyənin Adana şəhərində  Selma C., biri qız olmaqla 3 uşağını boğazlarını bıçaqla kəsərək öldürdü. Son məlumata görə, 3 uşağını öldürdükdən sonra biləklərini kəsən qadın ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, qan donduran hadisə bu gün günorta saatlarında mərkəzi Yüreğir mahalı Geçitli məhəlləsində baş verib. Evdar qadın Selma C., həyat yoldaşının evdə olmadığı zaman, hələ naməlum səbəblə cinnət gətirib, adları açıqlanmayan 10, 8 və 6 yaşlarındakı 3 uşağını bıçaqlayıb. Daha sonra biləklərini kəsən qadın, səs-küyə evə gələn qonşuları tərəfindən ağır yaralı halda aşkarlanıb.
Hadisə yerinə çağırılan sağlamlıq qrupu, boğazları bıçaqla kəsilən biri qız olmaqla 3 uşağın da həyatlarını itirdiyini təyin edib.
Ağır yaralı olan Selma C. isə Adana xəstəxanasına aparılıb.
 Hadisəni eşidərək evə axın edən qonşuları uşaqları öldürüb intihar cəhd edən 27 yaşlı Selma Cicenin heç bir problemi olmadığını, həyat yoldaşı Cabbar Cicenin də hadisə zamanı evdə olmadığını söyləyib. Qatil ananın hərəkətinə bir məna verə bilməyən qonşuları, "Yaxşı insanlar idi. Amma zaman- zaman qadının əri ilə maddi çətinlik üzündən aralarında mübahisə düşdüyünü eşidirdik. 3 uşağını öldürməyə dəyəcək, bir mövzu deyil deyə düşünürük. Gərək ki, bir anlıq cinnət keçirib. Çox kədərliyik" deyib.
Hadisəni eşidən Cabbar Cice sinir böhranı keçirib. Yaxınları tərəfindən sakitləşdirilməyə çalışılan Cabbar Cice, hadisənin nə səbəbə baş verdiyini bilmədiyini söyləyib.
Ağır yaralanan ana Selma Cicenin də həyati təhlükəsi davam edir. Hadisə yerində araşdırmanın ardından 3 bacı - qardaşın cənazələri yarılmaq üçün Adana Ədli Tibb Təşkilatına göndəriləcək.
 Turan