Bu halda tapıldı

Bardaş quraraq oturan adamın mumiyalanmış qalıqları Monqolstanda ortaya çıxardıldı




Adamın meditasya edərkən öldüyü təxmin edilir. Araşdırmalar nəticəsində 200 yaşında olduğu təxmin edilən qalıqların heyvan dərisi ilə örtüldüyü müəyyən olunub. "Siberian Times”in monqol mənbəələrinə istinad edərək kəşfi, "Sanki hələ meditasyon edirmiş kimi bədəni mumiyalanmış” deyə açıqlayıb.

Paytaxt Ulanbatora aparılan qalıq, mütəxəssislər tərəfindən incələnəcək. Qalığın bir müəllim olan Lama Dashi Dorzho Itigilova aid olduğu güman edilir.

Dashi-Dorzho Itigilov, 1852-ci ildə doğulmuş, bir Buryat Budist Lama idi. Qalıqların makroskobik çürüməyə məruz qalmadığı təsbit edildi.

Elm insanları, 500 il əvvəl qurban edilərək, Argentina torpaqlarındakı bir yanardağın zirvəsinə basdırılan Inka mumiyasının ölümünə aid sirr pərdəsini qaldırmağı bacardı.

500 yaşındakı bu İnkli qız qurban edildiyində hələ 13 yaşında idi. İnkli qızdan götürdükləri saç nümunələrini araşdıran elm adamları qurban edilmə mərasimin qorxunc üzünü də aydınlığa çıxardı. Testlərdə qızın pivə və iy verən yarpaqlarla ağır bir şəkildə keyidilərək, donması üçün Andes dağında tərk edildiyi ortaya çıxdı. "Buz bacı” kimi də bilinən İnkli qız, iki qardaşıyla birlikdə 1999-cu ildə Argentinada Andes dağında tapılmışdı. Aradan keçən 500 ilə baxmayaraq sanki dünən ölmüş kimi canlı dayanan və heç bir orqanı, hətta üzərindəki geyimləri belə çürüməyən qız, İnk qəbiləsinə aiddir. Qızla birlikdə 7 yaşında bir uşaq və 6 yaşındakı başqa bir qız da tapılmışdı. 1999-cu ildə aşkarlanmış bu inanılmaz mumiya üzərində illərdir araşdırmalar aparılır. Qızın ağciyərində vərəmə bənzəyən ağciyər infeksiyalarına rast gəlinib. İlk dəfə bir mumiyada bir infeksiya tapılıb. DNT testlərində də bütün hüceyrələrinin möhkəm olduğu məlum olub. 3 kiçik uşağın yanında olan qızıl, gümüş, geyimlər, yeməklər və bilinməyən bir ağ quş tükləri uşaqların qurban edilmiş olma ehtimalını artırır.