Bu il Böyük Britaniya turizmdən 28,7 milyard qazanıb




2017-ci ildə Böyük Britaniya 40 milyon əcnəbi turist qəbul edərək rekord qırıb. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə ölkənin milli turizm agentlyi məlumat yayıb. 

Xəbərdə deyilir ki, bu il 39,7 milyon nəfər turistin gələcəyi gözlənilsə də, bu gözləntidən 6 faiz yuxarı turist səfər edib.

 Nəticədə onların sayı 40 milyon olub. Turistlərin xərclədiyi pulların miqdarına gəlincə, yazıda bildirilir ki, ötən illərlə müqayisədə bu il xərclənən pulda da artımn müşahidə olunur.

 Xərclənən pullar 6 faiz artaraq 28, 7 milyard avroya çatıb. 

Tərcümə etdi: Ayyət ƏHMƏD