"Bu il qızılın qiymətində tarixi minumumu görə bilərik" - AÇIQLAMA
14:18 20.07.2018
Arxiv
775
"İl sonuna kimi, qızılın bir unsiyasının qiymətini 1 220 dollardanda aşağı həddə görə bilərik”
Bu barədə "Sherg.az”a qızılın qiymətindən danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, ötən il qızılın qiymətinin bahalaşması dolların ucuzlaşması ilə bağlı idi:
"Həmin vaxt dollar avro qarşısında tarixi rekord həddə çatmışdı. Dollar ucuzlaşarkən dünyada qızıla tələbat artır. Tələbatın artması qiymətlərin qalxmasına zəmin yaradır.Keçən ilin sonundan başlayaraq bu ildə iki dəfə Federal Rezerv Sistemi faiz artımı edib. Bu il ərzində də sentyabr və dekabr aylarında daha iki dəfə faiz artımı edəcəyi gözlənilir. Faiz artımları zamanı dolların qiymətinin qalxması qızılın qiymətinə mənfi təsir göstərir.
Beləliklə də qızılın qiyməti dünya birjalarında aşağı enir. Bura da belə bir mütənasiblik var ki, dolların qiyməti bahalaşanda qızılın qiyməti ucuzlaşır. Bu hadisə tarixən belə olub. Bu gözləntilərin ətrafında dünya birjalarında qızılın ucuzlaşmasını müşahidə edirik.
İkinci səbəb isə ticarət müharibələridir. ABŞ və Çin, ABŞ və Avropa dövlətləri arasında Trampın apardığı siyasət nəticəsində ticarət savaşları gedir. Bu da dünya ticarətini dağılmasına səbəb olacaq bir amil kimi qiymətləndirilir. Qızılın qiymətinə mənfi təsir göstərən səbəblərdən bir də budur.
Ümumiyyətlə, birjalarda qızılın qiymətinin enməsinə əsas bu iki amil səbəb olur. Mənə elə gəlir ki, proses ilin sonuna kimi bu istiqamətdə davam edə bilər. Bu il qızılın qiyətində tarixi minumumu görə bilərik. Hətta qızlın bir unsiyasının qiyməti 1 220 dollardan da aşağı düşə bilər”.
Qeyd edək ki, Dünya bazarında qızılın 1 unsiyasının qiyməti illik minimuma düşərək hazırda 1 220 ABŞ dolları civarında dəyişir. Bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir. Xatırladaq ki, ötən il bu vaxt əmtəə birjalarında qiymətli metalın unsiyası indikindən, təxminən, 30 dollar baha realizə edilirdi.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə