Bu ilin 3 ayında Azərbaycanda 117 nəfər İİV-ə yoluxub
14:09 16.05.2021
Arxiv
431
Bu ilin 3 ayında Azərbaycanda 117 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, bütövlükdə 1988-ci ildən 2021-ci ilin mart ayının sonunadək Azərbaycan Respublikası SəhiyyəNazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8805 nəfər qeydiyyata götürülüb (8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi). İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır. Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2694 nəfəri hazırda dispanser qeydiyyatındadır. 2021-ci ilin I rübü ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 121 pasiyentdən 15 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin 31 mart tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6990 nəfər təşkil edib ki, onların da 2274 nəfəri inyeksion narkotik istifadəçisidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm