"Bu islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edir”

Sosial qayğıya ehtiyacı olan vətəndaşlarımız hər zaman dövlətin diqqətində olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsasını əhalinin rifah halının yaxşılaşması təşkil edir. Xüsusilə son zamanlarda imzalanan fərman və sərəncamlar bunu bir daha sübut edir.
Qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə, tələbələrə göstərilən həssas münasibət dövlətin hər zaman xalqımızın yanında olduğunu göstərir. Görülən təbdirlər ictimaiyyət nümayəndələri tərəfindən də böyük rəğbətlə qarşılanır.
"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Sherg.az”a bildirib ki, ölkə başçısı hələ ilin əvvəlində Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Azərbaycanda yeni idarəetmə sisteminin yardılacağını deyib: 
"İlk növbədə iqtisadi sahələrdə islahatlar oldu. Artıq bu islahatların da icra prosesi günü-gündən genişlənir. Əslində Azərbaycanı digər ölkələrdən fərqləndirən əsas cəhət odur ki, ölkəmizdə iqtisadi-siyasi islahatlar polemikdir. Yəni, iqtisadi islahatlar genişlənirdi, sahibkarlıq mühiti yaxşılaşırdı və iqtisadiyyatın inkişafına mane olan bareyerlərin aradan qaldırılmasına ciddi fikir verilirdi.
Daha sonra müəyyən sturuktur dəyişiklikləri baş verdi. Yeni qurumlar yaradıldı və birləşdirildi. Bu proses yenə də davam etməkdədir. 
Mühüm məsələlərdən biri də sosial sahədə kompleks islahatların keçirilməsi idi. Ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsinin şahidi oluruq. Pensiya və müavinətlərlə, eyni zamanda şəhid ailələri və tələbələrlə bağlı qəbul edilən qərarlar olduqca sevindiricidir. Son olaraq isə problemli kreditlərlə bağlı qərarlar qəbul olundu. Bütövlükdə sosial sahədə olan dəyişikliklər olduqca böyük miqyaslıdır və xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edir”.
Yeganə Bayramova