"Bu saytlar dövlətin təhlükəsizliyi ilə bağlı məsələlərdə problemlər yaradırlar"
15:28 12.07.2018
Arxiv
1072
“Mətbuat Şurası, dövlətin müvafiq orqanları, təhlükəsizlik xidməti, Ədliyyə Nazirliyi, Milli Məclis bu barədə ciddi müzakirələr aparmalı, dünya təcrübəsini öyrənərək standartlar tətbiq etməlidir"
"Son proseslər – Mingəçevir İES-dəki qəza və Gəncə hadisələri ilə bağlı bəzi saytlarda dezinformasiyaların, müxtəlif məzmunlu çağırışların yayılması ümumi ölkənin informasiya təhlükəsizliyinə təhdiddir”.
Bunu "Sherg.az”a Gəncə və Mingəçevir hadisələri zamanı təxribat xarakterli çağırışlar edən saytlar və sosial mediadakı səhifələrə qarşı mübarizədən danışarkən "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev söyləyib.
O vurğulayıb ki, sözügedən saytlar pərakəndə fəaliyyət göstərirlər, konkret redaksiyaları, şəxsi heyəti yoxdur:
"Bəzi hallarda bu saytlar kortəbii şəkildə informasiya siyasətini həyata keçirirlər. Ölkə əhəmiyyətli, dövlətin təhlükəsizliyi ilə bağlı məsələlər baş verdikdə ölkə qanunlarını, peşə etikası kodeksini tamamilə arxa plana keçirərək, problemlər yaradırlar. Son hadisələr zamanı bu cür qeyri-peşəkar informasiya portallarının ciddi dezinformasiyalar yaydığını müşahidə etdik. Onların bəziləri hətta Baş Prokurorluq tərəfindən xəbərdarlıq da aldı.
Qeyd etməliyik ki, həmin saytlar sadəcə yaranmış boşluqdan istifadə edirlər. Yazılı mətbuat orqanlarının fəaliyyət göstərməsi üçün Ədliyyə Nazirliyindən icazə alınması vacibdir. Elektron informasiya portalları isə bu cür icazələr almağa məcbur deyillər. Ona görə, sayt açmağı düşünən hər kəs rahat şəkildə bir günə saytı yığıb, fəaliyyətə başlaya bilir. Bu imkan isə bəziləri üçün cəlbedici göründüyündən insanlar təxribatçı addımlara əl atırlar. Yaranmış vəziyyətdən çıxış yolu üçün müzakirələr aparılır, amma nəzərəçarpacaq irəliləyiş əldə edilməyib”.
İ.Quliyev təklif edir ki, müvafiq orqanlara saytlara qarşı mübarizə aparmaq üçün əsas yaradılsın:
"Sosial şəbəkələrdə yaradılan, son vaxtlar Azərbaycanda populyarlaşmış səhifələr var ki, təxribatçı məlumatlar yayır, dezinformasiyaları tirajlayırlar. Bunların xaricdən idarə olunduğu hiss olunur. Belə səhifələrə qarşı mübarizə haqqında hazırda bir mexanizm yoxdur. Bu səhifələrin ölkə ərazisində məhdudlaşdırılması da mümkün deyil. Ona görə, həmin səhifələrlə mübarizə aparılması effektsiz olur”.
Qeyd edək ki, iyulun 3-də Mingəçevir İES-də baş verən qəza və iyulun 10-u Gəncədə törədilən iğtişaşlar zamanı "nuraz.com", "abna.com", "aran.news", "qafqaz.ir", "rasthaber.com", "ru-clip.ru" kimi saytlar həqiqətə uyğun olmayan, milli maraq və təhlükəsizliyə zidd, cəmiyyətdə xaotik əhval-ruhiyyə yaradan təxribat xarakterli dezinformasiyalar tirajlayıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou