Bu tikinti şirkətləri ilə bağlı cinayət işi başlandı
13:50 01.03.2018
Arxiv
879
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində 3 hüquqi şəxs barəsində Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri cinayət işləri başlanıb.
"İ.N.V.” MMC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, digər iki hüquqi şəxs barəsində başlanmış cinayət işləri üzrə istintaq yekunlaşmaq üzrədir.
Göstərilənlərlə yanaşı, araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları ilə bağlı digər prokuror təsir aktlarının tətbiq edilməsi də təmin edilib. Belə ki, 11 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması), 1 hüquqi şəxs barəsində isə həmin Məcəllənin 198.0.1-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə inzibati icraatın başlanması haqqında qərarlar qəbul edilib.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmiş, 12 halda fiziki şəxslərə və hüquqi şəxslərin rəhbərlərinə rəsmi xəbərdarlıq edilib. Yol verilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə Vergilər Nazirliyinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə 11 təqdimat göndərilmişdir. Hazırda 5 hüquqi və 2 fiziki şəxs barəsində araşdırmalar davam etdirilir.
Araşdırmalar zamanı aşkar edilmiş faktlar üzrə əvvəllər əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanması təmin edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət