Bu xarici şirkətlərə qarşı cinayət işi başlandı - SİYAHI
09:36 04.03.2017
Arxiv
552
Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində hüquqi şəxslərin qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmalarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və digər ölkələrin bir sıra şirkətlərinin, o cümlədən "Haik Watch and Jewelry Co”, "Rodino Haskovo” JIC, "Centro Ceibal”, "Deccan Gold Mines Ltd” və "Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə, habelə işğalın möhkəmləndirilməsinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlər etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etməklə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan, habelə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan şəxslərə qarşı zəruri tədbirləri bundan sonra da davam etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya