Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülər, DİQQƏT!




Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində 12 may tarixində gecə saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Məlumata əsasən, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.