Buzlar əriməyə başlayır
07:36 24.10.2018
Arxiv
973
Zamanla Rusiyada fəaliyyət göstərən bütün anti-Azərbaycan qüvvələri pərişan edəcəyik
"Qarabağın işğaldan azad olunması ilə bağlı bəyanatlar təkcə Rusiya səviyyəsində dilə gətirilmir. Son bir ildə problemlə məşğul olan bütün qurumlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini bildirirlər”.
Bunu "Şərq”ə açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. Rusiya Dövlət Dumasının üzvü Dmitri Savelyevin Kayseridə Xocalı soyqırımının qurbanlarına həsr edilmiş abidənin açılışında söylədiyi fikirlərə münasibət bildirən politoloq Azərbaycanın mövqelərinin xeyli möhkəmləndiyini bəyan edib: "Bu ilin iyul ayında Rusiya nümayəndə heyətinin tərkibində "Lələtəpə”də olan Dmitri Savelyev Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu və işğal edilmiş bütün torpaqların geri qaytarılmasını söyləyib.
Hətta "Rossiya-1” telekanalında yayımlanan "Vladimir Solovyovla bir axşam” siyasi tok-şousunda Dmitri Savelyevin bu bəyanatı müzakirə edilib: "Erməni əsilli tanınmış rus şərqşünası Semyon Baqdasarov Vladimir Jirinovskinin də iştirak etdiyi tok-şouda bu çıxışa sərt münasibət bildirərək, LDPR sədrindən Savelyevin Dumadan və partiyadan qovulmasını tələb etdi. Baqdasarov üzünü Jirinovskiyə tutaraq Savelyevi Rusiya düşməni və satqın adlandıraraq, onu məhv etməyə çağırdı. Jirinovski isə öz növbəsində "bəli, razıyam” dedi. Verilişin aparıcısı Vladimir Solovyov da Savelyevi kəskin tənqid edərək erməni millətçilərinin mövqeyinə həmrəylik göstərdi”.
Analitik vurğulayıb ki, Rusiya nümayəndə heyətinin Cocuq Mərcanlıda keçirilən "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir” adlı konfransda verilən bəyanatların ardından Jirinovski ermənilərlə həmrəylik nümayiş etdirdi. Partiya sədri Moskva şəhərində ermənilərin təşkil etdiyi tədbirə qatıldı:
"Buna baxmayaraq, uzun illər əleyhimizə formalaşmış ictimai rəyin dəyişməsi istiqamətində əsaslı dəyişikliyin baş verdiyi artıq faktdır. Hələ ki, Dağlıq Qarabağ işğal altındadır və bu işğalı siyasi və fiziki dəstəkləyən dövlətin Rusiya olması hamıya məlumdur.
Deməli, buzlar əriməyə başlayıb və biz doğru yoldayıq. Zamanla Rusiyada fəaliyyət göstərən milliyyətçi erməniləri və bütün anti-Azərbaycan qüvvələri pərişan edəcəyik. Konfransda iştirak edən rusiyalı siyasətçilərin Dağlıq Qarabağın Azərbaycan torpağı olmasını və işğal olunmuş bütün ərazilərin geri qaytarılmasını dilə gətirməsində ən önəmli nüans bu şəxslərin Rusiya prezidentinə yaxınlığı ilə tanınmasıdır. Tədbirdə iştirak edən digər nüfuzlu politoloq Aleksandr Duqin bir zamanlar ermənipərəst mövqeyi ilə seçilirdisə, artıq o da Azərbaycanın mövqeyini dəstəkləyir. Bütün bunlar xarici siyasətimizdə aparılan uğurlu siyasətin nəticəsidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə