Camaat pullarını şarlatanlara xərcləyir
09:53 09.05.2018
Arxiv
767
Fırıldaqçıları efirə çıxarıb, qara magiyanı reklam edənlər məsuliyyətə cəlb olunmalıdır
"ARB” telekanalında yayımlanan "Sirdaş Rövşanə” verilişində qalmaqal yaşanıb.
Aparıcı Rövşanə Bektaşinin verilişində qonaq qismində iştirak edən ekstrasens Bayram Nurlu və digər ekspertlər arasında mübahisə baş verib. Kulturoloq Aydınxan Əbilovun fırıldaqçı ekstrasenslər barədə səsləndiriyi fikirlər Bayram Nurlunu özündən çıxarıb və ekstrasens kulturoloqu hədələyib.
Şərəfini 100 min manata sığorta etdirdiyini iddia edən ekstrasens onu söyənləri məhkəməyə verəcəyini deyib: "Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm”. Kulturoloq da ekstrasensə "Mən sənin üçün uşaq olmamışam, ay gədə”- deyərək cavab verib.
Aparıcının efirdəki qonaqları sakitləşdirmək cəhdlərinə baxmayaraq Bayram Nurlu verilişin texniki heyətinə "telefonumu verin, polisə zəng edəcəyəm” - deyə, səsini yüksəldib.
"Sirdaş Rövşanə” proqramının bundan əvvəlki mövzusu da qara magiya olub.
Verilişə qonaq qismində çağrılan ekstrasens Aqil Məhərrəmov əməkdar artist Gövhər Rzayevanı açıqlaması ilə təəccübləndirib. Ekstrasens qarmon ifaçısına cadu edildiyini və bunu onların gəlininin etdiyini bildirib.
Görəsən, telekanalların bu kimi saxtakarları efirə çıxartmaqda məqsədi nədir?
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas-alim Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu cür insanların ekranlardan boylanması, evlərimizə soxulması Azərbaycanın milli mənafeyinə və müsəlman kimliyini əsrlərdir qoruyan dini dəyərlərimizə qəsd planının tərkib hissəsidir: "Cadu, fitnə-fəsad uca Allah-Təalanın "Qurani-Kərim”də lənət buyurduğu hökmlər içərisindədir. Milli və dini dəyərlərimizə aidiyyəti olmayan oyunbazlığın telekanallar vasitəsilə insanların beyinlərinə yeridilməsi Azərbaycan dövlətçiliyinə qarşı da bir qəsddir. Düşünürəm ki, şarlatanların xalqa sırınması həm efir mədəniyyətinə, həm də əxlaqi dəyərlərimizə qarşı çıxmaqdır. Bu cür adamları reklam edən telekanallar insanları kütlələşdirib, istehlakçıya çevirib, pul qazanırlar. Ona görə də burada məhsulun keyfiyyəti rol oynamır. Əsas qazancdır. İnsanları möcüzələrə inandırırlar. Biz bunu illərdir ki, görürük, deyirik, amma düzələn bir şey yoxdur.
Bu cür fırıldaqçıları efirə çıxarıb, qara magiyanı reklam edən insanlar məsuliyyətə cəlb olunmalıdır. Bu, qanunla cəzalandırılacaq məsuliyyət deyil, etik məsuliyyətdir. Onlar dini və milli baxımdan təqsirkardırlar. Reytinq xatirinə bu cür şou göstərən insanları cəmiyyətə sırıyanların son cəzası cəhənnəmdir. Bunu elə-belə yox, "Qurani-Kərim”in hökmlərinə dayanaraq deyirəm”.
Çox təəssüflər olsun ki, cahil vəziyyətdə olan insanlar pullarını belə şəxslərə xərcləyirlər. Faktiki olaraq, bu verilişlər insanları mövhumata inandırır.
Aparıcı Rövşanə Bektaşi moderator.az-a açıqlamasında ekstrasenslərin də cəmiyyətin bir üzvü olduğunu və verilişdə heç kimin kimisə təhqir etmədiyini bildirib: "Hər halda maraqlıdır və insanlar bunu müzakirə edirsə, düşünürəm ki, biz də onu nəzərə alırıq. Bu gün siz sayt jurnalistləri çalışırsınız ki, oxucu toplayasınız. Biz də tamaşaçıya işləyirik. Tamaşaçı buna baxıb və müzakirə edirsə, bunun nəyi pisdi ki?! Onlar xalq düşməni deyillər, bizlərdən biridirlər və cəmiyyətimizin üzvüdürlər. Televiziya cəmiyyətin güzgüsüdür. Biz göstəririk və pisi-yaxşını isə insanlar özləri ayırd edirlər. Biz nə təhrif edirik, nə tərəfini saxlayırıq, nə də pisləyirik”. R.Bektaşi şəxsən özünün falçılara inanmadığını deyib: "Bu insanlar Azərbaycan vətəndaşıdır. Onun da bir mövqeyi var. Biz də efir olaraq təbii ki, verilişimiz həm maraqlı olsun, həm də insanlar baxsın deyə normal şəkildə göstəririk. Hər kəs orda özünü göstərir. Aparıcı olaraq mən neytral mövqe tuturam. Qaldı ki, bizim verilişdə heç kim heç kimi təhqir etməyib. Mən şəxsən falçılara nə inanıram, nə gedirəm, nə də qəbul edirəm. Bu o demək deyil ki, mən məsələyə öz fikrimlə yanaşmalıyam. Bu gün falçılara o qədər insanlar gedir ki”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou